hemle

Çexiya çempionunun Bakıya səfər proqramı AÇIQLANDI

Tarix:15-08-2022, 22:26
Baxış Sayı:218

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Viktoriya" Plzen komandasının Bakıya səfər planı bəlli olub.

hemlemedia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi avqustun 16-sı səhər saatlarında Azərbaycan paytaxtına yola düşəcək.

Saat 19:45-də "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı baş tutacaq. Ardınca isə Çexiya çempionu matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqə çıxacaq.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ