hemle

Azərbaycanda abortların sayı rekord həddə çatdı: Siyahıda məktəbyaşlı qızlar da var

Tarix:12-08-2022, 13:58
Baxış Sayı:179

Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı kəskin artıb.

Yeniavaz.com-un açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, abort etdirən qadınların sayı 2020-ci illə müqayisədə ötən il 35% və ya 12 158 nəfər artaraq 46 877-ə yüksəlib. Bu, indiyə kimi Azərbaycanda qeydə alınan ən yüksək göstərici olub.

Məlumat üçün bildirək ki, abort etdirənlərin 5,2% və ya 2 428 nəfəri 15-19 yaşlılar olub. Bu yaşda abort etdirən qadınların sayı ötən bir il ərzində 87% və ya 1 129 nəfər artıb. Məktəbyaşlı qızlar arasında (15-17 yaş) abort etdirənlərin sayı isə son bir ildə azalıb. Belə ki, əvvəlki ildə 29 məktəbyaşlı qız abort etdirmişdisə, ötən il bu göstərici 16 olub.

Onu da bildirək ki, məktəbyaşlı qızlar arasında abortların sayı ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort.

Müqayisə üçün son 14 ildə qeydə alınan abortların sayını təqdim edirik:

Azərbaycanda abortların sayı rekord həddə çatdı: Siyahıda məktəbyaşlı qızlar da var

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ