hemle

"Neftçi" avrokuboklarla vidalaşıb

Tarix:12-08-2022, 09:25
Baxış Sayı:177

"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Ağ-qaralar" Avstriyada "Rapid" klubunun qonağı olub.


"Allianz" stadionunda keçirilən görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. 12-ci dəqiqədə "Rapid"in futbolçusu Nikolas Gerrit-Kün qapıçı İvan Brkiçlə təkbətək çıxsa da, topu qapının yanından vurub.

"Neftçi" 20-ci dəqiqədə itki ilə üzləşib. Zədələnən Azər Salahlının yerinə meydana Mert Çelik daxil olub. 7 dəqiqə sonra Vyana təmsilçisi növbəti dəfə hesabı açmağa yaxın olub. Ante Bayiçin zərbəsindən sonra top dirəyə dəyib. Ardınca, Mamadu Mbodj qola mane olub. Daha sonra Gerrit-Künün zərbəsi də qapı dirəyinə tuş gəlib.

37-ci dəqiqədə Kenni Sayefin fərqlənməsinə rəqib qapıçı Niklas Hedl imkan verməyib. 41-ci dəqiqədə "ağ-qaralar"ın təhlükəli hücumunda dəqiqlik çatmayıb. İlk hissə qolsuz bərabərliklə başa çatıb.

İkinci yarının əvvəlində də meydan sahibləri ardıcıl hücumlar qurub. 58-ci dəqiqədə Sayef əks-hücum zamanı 100 faizlik qol şansını boşa verib. Əvəzində 66-cı dəqiqədə "Rapid"in oyunçusu Marko Qrüll hesabı açıb. 71-ci dəqiqədə Sayef ikinci dəfə qapıçı ilə təkbətək qalsa da, bərabərlik qolunu vura bilməyib. 8 dəqiqə sonra Mboc topu qapı xəttindən çıxarmağa müvəffəq olub.

Qarşılaşmanın əsas vaxtı rəqibin 1:0 hesablı qələbəsi ilə bitib. Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxta ehtiyac duyulub. 92-ci dəqiqədə Emin Mahmudov cərimə zərbəsindən fərqlənməyə yaxın olsa da, top qapı dirəyinə dəyib. 100-cü dəqiqə zədələnən Kenni Sayefi isə Azər Əliyev əvəzləyib. 6 dəqiqə sonra Mboc yerini Ömər Buludova verib. "Rapid" 112-ci dəqiqədə Ferdi Druifun qolu sayəsində fərqi artırıb.

Beləliklə, rəqibinə 0:2 hesabı ilə uduzan "Neftçi" Konfrans Liqası ilə vidalaşıb.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ