hemle

Xankəndi nəzarətə götürüldü

Tarix:10-08-2022, 17:40
Baxış Sayı:193

Azərbaycan Silahlı Qüvvələri Xankəndi ətrafında strateji yüksəkliklər halqasını bağlayıb.

Bu barədə “Caliber”in reportajında bildirilib.

Qeyd olunub ki, ordumuzun şəhid olan əsgəri Anar Kazımovun ölümü ilə nəticələnən bu təxribat erməni tərəfi üçün təkcə cavab atəşi ilə yox, qlobal strateji uğursuzluqla da nəticələnib. Bunu ən azından ordumuzun mart ayında Fərrux yüksəkliyinə nəzarəti ələ alması ilə müqayisə etmək olar. Amma daha böyük formada.

Silahlı Qüvvələrimiz şimaldan cənuba 100 kilometrdən çox ərazini əhatə edən Kiçik Qafqaz Qarabağ dağ silsiləsinin bütün strateji yüksəkliklərinə nəzarəti bərpa etməyə cəmi bir neçə saatdan bir sutkaya qədər vaxt sərf edib. Qanunsuz erməni silahlı birləşmələrinin bir neçə postu dağıdılıb, çox sayda silah-sursatı götürülüb.

Bu əməliyyatın miqyasını qiymətləndirmək üçün Kəlbəcərin Vəng kəndindən Laçına qədər məsafəni təsəvvür etmək lazımdır. Buzluq, Qırxqız, Üçdik, Sarıbaba və Laçındağın strateji yüksəkliklərini xəyalən birləşdirdikdə isə məsafənin böyüklüyünü daha yaxşı başa düşmək mümkündür. Silahlı Qüvvələrimiz silsilənin hər iki tərəfindəki əsas marşrutlara, kəndlərə və yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?