hemle

Dilimiz yaşasın ki biz də yaşayaq!

Tarix:2-08-2022, 16:52
Baxış Sayı:212

Ana dilimizə şairlər şerlər yazıb, bəstəkarlar sevə-sevə mahnılar bəstələyib.Dilimiz Ana südü kimi təmiz, canımızdan əzizdir. Dahi şəxsiyyətlər də dilimiz haqqında gözəl sözlər söyləyiblər.
Yeni əlifbanın tədbiqi də Müstəqil Azərbaycan Respublikasının içtimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri olmuşdur.
Müstəqilliyimiz qazanılandan sonra latın qrafikalı Azərbaycan əlifbası bərpa olundu. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günün təsis edilməsi haqqında H.Əliyev 9 avqust 2001-ci ildə 552 fərman imzalamışdı.
Azərbaycan dilinin dövlət dili olması millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq qüdrətinin təzahürüdür. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
27 aprel 1978 il tarixində Azərbayca SSR Konstitusiyasına "Azərbaycan SSR -nin dövlət dili Azərbaycan dili"dir maddəsi də əlavə olunmuşdur. Ana dilimizin Azərbaycan dili adlandırılması 1995-ci ildə ümumxalq səs vermə yolu qəbul olunmuş, Konstitusiyanın 21 -ci maddəsində də Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
H.Əliyev dilimiz haqqında bu sözləri demişdir.
"Hər bir xalqın milliyini mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun dilidir. Mən dilimi çox sevirəm bu dilddə də danışmağımla fəxr edirəm.
Dil hər bir millətin mənliyinin əsasıdır.İnkişaf etmiş, zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, ölməzdir böyük gələcəyə malikdir".

Azərbaycan respublikasının Prezidenti İlham Əliyevdə dilimiz haqqında belə deyib.
" Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənələrimizdir.
Ana dilimizə hörmət qayğı daim olmalıdır".
Əziz xalqım!
Dilimiz zəngindir, gözəldir və şirindir. Dilimizi qoruyaq ki, dövlətimiz yaşasın !

Səriyyə Müslümqızı

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ