hemle

Rusiya və İran prezidentləri GÖRÜŞDÜ

Tarix:19-07-2022, 21:03
Baxış Sayı:177

Tehranda üçtərəfli sammit öncəsi Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında görüş olub.

hemlemedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə çıxış edən İran Prezidenti bildirib ki, ölkələr arasında təcrübə və əməkdaşlıq sayəsində region daha təhlükəsiz olub.

"Əlaqələrimiz və terrorla mübarizədə əməkdaşlığımız sübut etdi ki, biz qarşıya qoyduğumuz məqsədlərə nail ola bilərik. Hesab edirəm ki, bu, regionumuzda təhlükəsizlik səviyyəsinin yüksəldilməsi baxımından çox dəyərli və yaxşı təcrübədir", - Rəisi deyib.

Putin öz növbəsində qeyd edib ki, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirməklə Suriya böhranının həllinə mühüm töhfə verilə bilər.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ