hemle

Prezidentin general rütbəsi verdiyi şəxs kimdir? - DOSYE

Tarix:15-07-2022, 16:47
Baxış Sayı:176

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Naxçıvan şəhərində anadan olmuş İlqar Abbasov Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən 2017-ci il aprel ayının 26-nadək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Həmin tarixdə keçmiş Baş prokuror Zakir Qaralovun əmri ilə vəzifəsindən azad edilib və Bakı şəhər prokuroru təyin olunub.

Bu ilin aprel ayında isə səlahiyyət müddəti başa çatdığı üçün Baş prokuror Kamran Əliyevin əmri ilə Bakı şəhər prokuroru vəzifəsindən azad olunub.

Qeyd edək ki, bu gün Dövlət başçısının imzaladığı digər sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi İlqar Rza oğlu Abbasova general-mayor ali hərbi rütbəsi verilib. O, bunadək III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) ali xüsusi rütbəsində idi.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ