hemle

Ağcəbədidə su quyusundan qızıl tapıldığına görə polis postları qurulub? - Rəsmi

Tarix:13-07-2022, 11:30
Baxış Sayı:177

Ağcabədi rayonunun Hacılar kəndində su quyusu qazılarkən qızıl aşkar edilməsi barədə məlumatlar yayılıb.

Kənd sakinlərinin su quyusu qazarkən qızıl parçaları tapdığı iddia olunub. Bildirilib ki, kəndin giriş-çıxışına polis postları qurulub. Köhnə çay yatağında böyük miqdarda qızılın olduğu qeyd edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmətin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı "Qafqazinfo"ya bildirib ki, yayılmış məlumat həqiqəti əks etdirmir: "Həmçinin kənd ərazisində polis əməkdaşları tərəfindən nəzarət postları qurulmayıb".

***

Ağcabədi rayon icra başçısının Hacılar kəndi üzrə nümayəndəsi Ramil Əliyev isə saytımıza açıqlamasında bu hadisənin 3-4 il əvvəl baş verdiyini bildirib: “Bu məlumat yenidən gündəmə gətirilib. Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə baş çəkib. Lakin tapıntının miqdarının az olmasına görə bu ərazidə hər hansı işlər aparılmayıb. Hazırda o məhəllə boşdur. Orada yaşayan da yoxdur”.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ