hemle

Kanada Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıdı

Tarix:28-04-2022, 11:30
Baxış Sayı:351

Kanada Parlamentinin İcmalar Palatası Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıyıb .

hemlemedia.az "Reuters"ə istinadən verdiyi xəbərə görə, aprelin 27-də parlamentarilər müvafiq bəyanatı yekdilliklə dəstəkləyiblər.

Kanadalı qanunvericilər Moskvanın "insanlığa qarşı sistematik və kütləvi hərbi cinayətlərə" dair kifayət qədər sübutlar olduğunu bildiriblər.

İcmalar Palatasının bəyanatında deyilir ki, Rusiyanın hərbi cinayətlərinə kütləvi vəhşiliklər, ukraynalı mülki şəxslərin öldürülməsi, meyitlərin təhqir edilməsi, ukraynalı uşaqların zorla köçürülməsi, işgəncə və zorlamalar daxildir.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları