hemle

Mopeddən istifadə edənlərin nəzərinə - DYP

Tarix:13-04-2022, 18:48
Baxış Sayı:212

Bakıda mopeddən istifadə edən şəxslərlə bağlı nəzarət profilaktiki tədbirlər keçirilib.

Bu barədə Report-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

Bildirilib ki, bununla bağlı Səbail rayonu DYP şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Tədbirdə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak edib:

“Mopedlərin nasaz vəziyyətdə istifadə olunması, yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl olunmaması bunun nəticəsində isə qəzaların sayının artması ictimaiyyətin ciddi şəkildə narahatlıq və narazılığına səbəb olan hallardır. Tədbirdə moped istifadəçilərinə kaskadan istifadə etmələri, ümumi nəzərdə tutulan qaydaları pozmamaları tələb edilib. Xüsusilə də kuryer xidmətini həyata keçirən şəxslərlə söhbət aparılıb.

Əhalidən də xahiş edirik ki, bu cür işlərlə məşğul olan şəxslərin fəaliyyət istiqamətlərini daha da çətinləşdirməsinlər. Aparılan sorğular zamanı mopeddən istifadə edən şəxslər bildirirlər ki, qayda pozmalarına əsas səbəb sifarişçilərin onları bir çox hallarda tələsdirmələri olur.

Nəzərə almaq lazımdır ki, bu hadisələrdən ən çox əziyyət çəkən, xəsarət alanlarda elə moped istifadəçiləridir. Belə tədbirlər indiyə qədər əsasan, Nərimanov, Nəsimi, Yasamal və Səbail rayonları ərazilərində keçirilib və mütəmadi olaraq da baş tutacaq”.

“Əlavə olaraq bildirmək istəyirik ki, bu sahədə qanunvericiliyə dəyişiklik, yəni mopedlər (mühərrik həcmləri 50 kubmetrə qədər olan) üçün dövlət qeydiyyatına alınması, eyni zamanada onların sürücülük hüquqlarının təmin olunması ilə bağlı müvafiq qanunvericiliyə Daxili İşlər Nazirliyi tərəfindən təkliflər verilib. Təkliflər hökumət tərərfindən müsbət qarşılanıb.

Yaxın zamanlarda bu növ nəqliyyat vasitələrinin idarə edən şəxslərin də hüquqlarının, eyni zamanda məsuliyyətlərinin artırılması istiqamətində də normativ hüquqi bazaya dəyişikliklər olunacaq beləliklədə kortəbii şəkildə təsadüfi admlar bu növ nəqliyyat vasitələrini idara edərkən daha məsuliyyətli olmağa məcbur olacaq bu isə problemlərin bir qismini həll edəcək”, - o vurğulayıb.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?