Avstriya kansleri Karl Nehammerlə Rusiya prezidenti Vladimir Putin arasında görüş bağlı qapılar arxasında keçiriləcək.
hemlemedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə jurnalistlərdən əlavə, danışıqların yekunu üzrə mətbuat konfransının keçirilməsi də planlaşdırılmır.
Qeyd edək ki, Avstriya kansleri Ukraynadakı vəziyyətlə bağlı Putinlə danışıqlar aparmaq üçün aprelin 10-da Moskvaya gəlib. Eyni zamanda o, Avstriyanın hərbi baxımdan neytral qaldığını vurğulayıb.