Rusiyanın 26-cı tank alayının və 47-ci tank diviziyasının əsgərləri müqavilələrinə xitam verilməsinini tələb edirlər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rusiya Silahlı Qüvvələri şəxsi heyət toplamaqda çətinliklə üzləşir. Belə ki, Ukrayna ilə müharibədə iştirak etdikdən sonra 47-ci tank diviziyasının və 26-cı tank alayının çağırışçıları müqaviləyə xitam verilməsi və sonrakı xidmət üçün daimi dislokasiya məntəqəsinə göndərilməsi istəyilə hesabat hazırlamağa başlayıblar”, - məlumatda bildirilib.