hemle

Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI

Tarix:10-03-2022, 10:02
Baxış Sayı:193

Ukraynanın müdafiə qüvvələri Donetsk, Slobojansk və Tavriyanın fəaliyyətdə olan dairələrində Rusiya Silahlı Qüvvələrinin hücumuna müqavimət göstərməyə davam edirlər.

Ukraynanın Müdafiə Nazirliyi feysbuk səhifəsində yayıb.

Bildirilib ki, Xarkov və Axtırka şəhərləri müdafiə olunur: “Əsas səylər rəqibin cənub-şərq istiqamətində hərəkətinin qarşısının alınmasına yönəlib. Mariupolun dairəvi müdafiəsi ilə yanaşı, Belarus ilə dövlət sərhədinin bağlanması, Siverşinedə Çerniqov şəhəri müdafiəsi davam edir”.

Rəsmi məlumata görə, Rusiya qoşunlarının paytaxt Kiyev şəhərinə tərəf hərəkətinin qarşısının alınması üzrə tədbirlər görülür. Şəhərin müdafiə qüvvələri rəqibin hücumlarını dəf etməyə hazır vəziyyətdədir.

Qeyd olunub ki, cənub istiqamətində Rusiya Silahlı Qüvvələri Krivoy Roq, Nikolayev, Voznesensk və Xerson vilayətinin Novoronsovka qəsəbəsində sıxışdırılır.

Başqa istiqamətlər qoşun dəstələri sabitlik və ərazinin müdafiəsi üzrə əməliyyatlar keçirir.

Nazirliyin informasiyasına əsasən, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının raket bomba zərbələrinin qarşısını alır, ölkənin vacib obyektlərini və qoşun bölmələrini hava hücumundan müdafiə edir. Son iki gündə (martın 8 və 9 nəzərdə tutulur- red.) Rusiyanın dörd “Su-25” qırıcısı və iki helikopteri məhv edilib.

“Onların irəliləmək sürəti zəifləyib, Rusiya ordusunun şəxsi heyəti ruh düşkünlüyü yaşayır. Rusiya Silahlı Qüvvələrinin hissələri arasında öz başınalıq və talan halları əhəmiyyətli dərəcədə artıb”, - Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada hərbi əməliyyatlara başlamasının 15-ci günüdür.

Digər xəbərlər
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq
14:45 İstilik təchizatı ilə bağlı yeniliklər olacaq
14:42 Sabah yağış yağacaq, dolu düşəcək - PROQNOZ
14:37 Bu gün çox çətin olacaq: Elə şeylər baş verəcək ki... - Astroloq xəbərdarlıq etdi
11:17 Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı