hemle

Navalnı xalqı Putinə qarşı qalxmağa çağırdı

Tarix:2-03-2022, 17:13
Baxış Sayı:220

Həbsdə olan rus müxalifət lideri Aleksey Navalnı Rusiyanın Ukraynaya təcavüzünün yeddinci günündə mühüm açıqlamalar verib.

Putinə qarşı ritorikası ilə tanınan Navalnı "Twitter" hesabında ruslara müraciət edib. O, paylaşımında rus xalqını Putinə qarşı durmağa çağırıb.

“Biz, Rusiya, sülh ölkəsi olmaq istəyirik, lakin təəssüf ki, bu gün bizi çox az adam belə adlandıra bilər. Amma heç olmasa qorxaq və səssiz adamlar olmayaq. Gəlin çarımızın Ukraynaya qarşı apardığı təcavüzkar müharibəni görməmiş kimi davranan qorxaqlar kimi davranmayaq. Mən hamını küçələrə çıxmağa və sülh üçün mübarizə aparmağa çağırıram. Müharibəyə qarşı olmayaq, sülhə qarşı mübarizə aparaq!”.

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış