hemle

Prezident İqor Qrosu ilə videoformatda görüşdü - YENİLƏNİB

Tarix:24-02-2022, 11:59
Baxış Sayı:202

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Moldova parlamentinin sədri İqor Qrosu ilə videoformatda görüşüb.

Prezident İlham Əliyev Moldova parlamenti sədrinin Azərbaycana səfəri çərçivəsində səmərəli görüşlərin keçirildiyini qeyd edib. Dövlət başçısı onun işğaldan azad edilmiş ərazilərə və Şuşa şəhərinə səfər etdiyini, Ermənistanın 30 illik işğal dövründə törətdiyi dağıntılarla, eyni zamanda, azad edilən ərazilərdə Azərbaycan tərəfindən qısa müddətdə görülən quruculuq işləri ilə yerində tanış olduğunu bildirib. Dövlət başçısı ötən ilin dekabrında Brüsseldə Moldova Prezidenti ilə görüşünü və bu yaxınlarda Moldovanın xarici işlər nazirinin Azərbaycana səfərini qeyd edərək əlaqələrimizin dinamik və intensiv xarakter daşıdığını məmnunluqla vurğulayıb. Bu kursun davam etdirilməsinin və əlaqələrimizin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Moldova parlamentinin sədri İqor Qrosu Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək səfər çərçivəsində Milli Məclisin sədri və digər rəsmi şəxslərlə səmərəli və məhsuldar görüşlər keçirdiyini bildirib. Ölkələrimizin daim bir-birinin ərazi bütövlüyünə və suverenliyinə dəstək verdiklərini qeyd edib. İqor Qrosu işğaldan azad olunmuş ərazilərə və Şuşa şəhərinə səfər etdiyini, oradakı vəziyyətlə yerindəcə tanış olduğunu bildirib. Moldova parlamentinin sədri ölkəsində yaşayan Azərbaycan diasporunun yerli cəmiyyətə çox yaxşı inteqrasiya etdiyini də diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar, beynəlxalq parlamentlərarası təsisatlarda birgə fəaliyyət və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

***

10:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Moldova parlamentinin sədri İqor Qrosu ilə videoformatda görüşüb.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq