hemle

İtkin düşərək tapılan kursant hərbi məktəbdən kənarlaşdırılacaq

Tarix:17-02-2022, 20:41
Baxış Sayı:238

Bir müddət əvvəl itkin düşərək tapılan Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı Hüseynli Vüsal Elşən oğlu hərbi məktəbdən kənarlaşdırılacaq.

hemlemedia.az "Report"a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə axtarış tədbirləri nəticəsində tapılaraq hərbi məktəbə qaytarılan kursantla aparılan söhbət zamanı onun yoxa çıxmasının səbəbi yalnız şəxsi intizamsızlığı, məsuliyyətsizliyi və ailə məişət zəminində yaranmış problemlərin olduğu müəyyən edilib.

Belə ki, nizamnamə qaydalarını pozaraq heç bir əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə kursant V.Hüseynli hadisənin təfərrüatları tam araşdırıldıqdan sonra hərbi məktəbdən kənarlaşdırılacaq.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ