hemle

Bu icra başçıları vəzifələrini itirəcək

Tarix:17-02-2022, 12:17
Baxış Sayı:226

"Ərazi vahidləri ləğv olunursa, həmin ərazi vahidlərində fəaliyyət göstərən icra hakimiyyətləri də ləğv olunacaq. Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə keçəcək".

Bunu hemlemedia.az a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov Gəncənin Kəpəz və Nizami rayonlarının ləğv edilməsi ilə bağlı deyib.

Deputat bildirib ki, həmin rayonlar ərazi vahidləri kimi ləğv olunur:

"İcra hakimiyyətləri idarəetmə qurumlarıdır. Amma rayonların ləğvi isə ərazilərin dəyişdirilməsidir. Əvvəl inzibati ərazi bölgüsünə baxılır, ondan sonra orada fəaliyyət göstərən idarəçilik qurumları ilə bağlı qərar qəbul olunur. Qanunun qüvvəyə minməsindən sonra müvafiq fərman və sərəncamlar olacaq".

Qeyd edək ki, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı isə Nizami Hacıyevdir.

Digər xəbərlər
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR
23:34 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
23:33 Paşinyan Azərbaycana barter təklif edir
23:32 Rahim Novruzova yüksək vəzifə verildi
23:31 Sabunçu Rayon İcra Hakimiyyətində təyinat
23:30 16 milyon dollar sərvəti kimə qalacaq?
23:30 Sabah bu ərazilərdə işıq olmayacaq