hemle

Sumqayıtda amansızca qətlə yetirilən şəxsin FOTOLARI

Tarix:7-02-2022, 10:47
Baxış Sayı:221

Sumqayıtda amansızca qətlə yetirilən şəxsin FOTOLARI

Fevralın 3-ü saat 22:00 radələrində Sumqayıt şəhəri Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Sədiyar Novruzov qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Ramin Nəzərli tutularaq istintaqa cəlb olunub.


Oxu.Az amansızca qətlə yetirilən şəxsin fotolarını təqdim edir:




Xatırladaq ki, aparılan araşdırmalarla zərərçəkmişin qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bildirilir ki, hadisə vaxtı Sədiyar çay evində dostları ilə çay içirmiş, bu zaman onu qonşusu Ramin çölə çağırıb və mübahisə zəminində 22 yaşlı oğlan özündən 30 yaş böyük şəxsə kəsici alətlə xəsarət yetirib. Qara ciyəri zədələnən və daxili qanaxma nəticəsində çoxlu qan itirən Sədiyar Novruzov vəfat edib.

Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ