hemle

BMT-dən Qazaxıstan hakimiyyətinə ÇAĞIRIŞ

Tarix:7-01-2022, 22:57
Baxış Sayı:294

“BMT Qazaxıstan hakimiyyətini insan haqlarına hörmət etməyə, bütün tərəfləri təmkinliyə çağırır. Qazaxıstanda zorakılıq və qətllər qəbuledilməzdir”.

Bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik Qazaxıstanda etirazçılara atəş açılması ilə bağlı ölkə rəhbərinin göstərişinə münasibət bildirərkən brifinqdə deyib.

“Qazaxıstandakı vəziyyəti diqqətlə izləməyə davam edirik və bütün tərəfləri təmkinliyə, zorakılıqdan çəkinməyə və vəziyyəti həll etmək üçün dinc vasitələrdən istifadə etməyə çağırırıq”, - deyə Dujarrik əlavə edib.

Onun sözlərinə görə, zorakılığa son qoyulması vacibdir, nümayişçilər öz aksiyalarını dinc şəraitdə keçirməlidirlər: “Polis əməkdaşlarının və digərlərinin öldürülməsi qəbuledilməzdir, nümayişçilərin öldürülməsi də eynilə. İstənilən vəziyyətdə ictimai asayişin bərpası zamanı insan hüquqlarına və beynəlxalq standartlara hörmətlə yanaşmağa ehtiyac var”.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı