hemle

ADMİU-da təhsil haqqını ödəməyən tələbələrin adları yayılıb? - AÇIQLAMA

Tarix:6-01-2022, 17:50
Baxış Sayı:306

Bu gün sosial şəbəkələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqının qalanını ödəməyən tələbələrin adları yazılaraq divara vurulması ilə bağlı fotolar paylaşılıb.

Məsələ ilə bağlı "Unikal"a Univeristetin mətbuat katibi Şahanə Mahmudzadə açıqlama verib. Onun sözlərinə görə, Universitet rəhbərliyinin təhsil haqqını ödəməyən tələbələrin siyahısının nümayişiylə bağlı heç bir tələbi olmayıb. Bu siyahı semestr imtahanları öncəsi sadəcə bir fakültənin dekanlıq daxilində tyütorlar və mühasibatlıq üçün məlumat xarakterli hazırlanmış siyahısıdır.

Bildirilir ki, bakalavr təhsil pilləsində bütün ödənişli ixtisaslar üzrə illik təhsil haqqı 1800 manatdır. Universitetə ödənişli əsaslarla qəbul olan tələbələrlə bağlanmış fərdi müqavilənin “Ödəniş qaydaları” bölməsinə əsasən, onlar ödəmənin qaydalarıyla tanış olur və müvafiq imzayla şərtləri qəbul etdiklərini təsdiqləyirlər.

Bununla belə, ADMİU rəhbərliyi təhsil haqqına görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tələbəni universitetdən xaric etmir, humanist yanaşaraq onlara təhsil haqqını ödəməsi üçün müəyyən edilmiş zamandan daha uzun müddət vaxt verir.

Sözügedən siyahıya nəzər saldıqda görmək olar ki, həmin siyahıda 3600 AZN, 3500 AZN, 3352 AZN kimi böyük məbləğlər var. Bu da təhsilinin III və ya IV ilində olan tələbənin 2 (iki) təhsil ilinin haqqını ödəmədiyi halda, kursdan kursa keçirilməsində universitet rəhbərliyi tərəfindən bir problem yaradılmadığının sübutudur. Bu şəxslərin arasında xüsusi imtiyazlı tələbələr yoxdur.

ADMİU-da təhsil haqqını ödəməyən tələbələrin adları yayılıb? - AÇIQLAMA

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı