hemle

Bakıda DƏHŞƏT: Tanımadığı şəxsi telefonuna boylandığına görə öldürdü

Tarix:29-12-2021, 14:41
Baxış Sayı:228

Bakıda mübahisə zəminində baş verən davada xəsarət alan şəxsin sonradan ölməsi ilə bağlı cinayət işinin təfərrüatı məlum olub.

hemlemedia.az Oxu.Az-a istinadən xəbər verir ki, hər şey Əbil Məcidovun (32 yaşlı) 2021-ci ilin 2 avqustunda Yasamal rayonunda yerləşən marketlərdən birində alış-veriş etməsindən sonra başlayıb.

Gecə alış-veriş etdikdən sonra marketin qarşısında dostu ilə dayanaraq (təxminən saat 01:00 radələrində) kəskin alkoqol sərxoşluğu olan, tanımadığı Haşım Daşdəmirov (32 yaşlı) onlara yaxınlaşıb.

İstintaqla müəyyən edilib ki, Haşım Daşdəmirov əlində spirtli içki ilə tanımadığı şəxslərə sataşıb.

Belə ki, o, Əbil Məcidovun telefonuna boylanıb. Bu zaman Əbil ondan uzaqlaşmasını tələb edib.

Haşım isə istədiyi yerdə dayanacağını bildirib, dostlar onun diqqətinə çatdırıblar ki, onlar namaz qılandırlar və içki ilə onlara yaxın durmasın.

Elə bundan sonra mübahisə dərinləşib, səbəb isə Haşımın onların dini inancını təhqir etməsi olub.

Əvvəllər idmanla məşğul olan Əbil Məcidov təhqirə dözməyərək Haşımın sifət nahiyəsinə yumruq zərbəsi endirib, sonra isə dostu ilə oradan uzaqlaşıb.

Zərbənin təsirindən Haşım bərk səthli, metlax örtüklü yerə arxası üstə yıxılaraq kəllə-beyin travması alıb.

Bir müddət sonra Haşım Daşdərimov ayağa duraraq evlərinə gedib. Bir neçə gündən sonra o, başında kəskin ağrılar olduğunu həyat yoldaşına bildirib.

21 gündən sonra, avqustun 23-də onu xəstəxanaya yerləşdiriblər. Həkimlər bildiriblər ki, Haşım Daşdərimovun başına su və çirk yığılıb.

O, həkimlər tərəfindən reanimasiyaya yerləşdirildikdən sonra ölüb.

Məhkəmə təqsirləndirilən şəxsin cinayətini Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə (Ehtiyatsızlıqdan adam öldürmə) ilə tövsif edib.

Əbil Məcidov 1 il 5 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əbil Məcidov saxlanılarkən hadisə ilə Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılmışdı.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ