hemle

DYP-dən qarlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Tarix:22-12-2021, 09:44
Baxış Sayı:232

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına xəbərdarlıq edib.

BDYPİ-dən daxil olan məlumatda deyilir:

"Hazırda müşahidə olunan yağıntılı hava şəraiti, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında sulu qar, eləcə də respublikanın şimal və qərb bölgələrinin dağlıq və dağətəyi rayonlarında bəzi yerlərdə qar yağacağı və yolların buz bağlayacağı barədə məlumatını nəzərə alaraq, yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün Baş DYP İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə şinlərinin mövsümə uyğunluğunu təmin etməyi, hərəkət zamanı meteoroloji şəraiti düzgün qiymətləndirməyi və yol hərəkəti qaydalarına dəqiqliklə riayət etməyi xahiş edir.

Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar".

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi