hemle

Fizika müəllimi qohumunu qətlə yetirib - RƏSMİ

Tarix:16-12-2021, 10:52
Baxış Sayı:240

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Yevlaxda 8 ay əvvəl baş verən qətl barədə birgə məlumat yayıb.

hemlemedia.az xəbər verir ki, birgə məlumatda deyilir:

“Xəbər verildiyi kimi, Göygöl rayon polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14.04.2021-ci il tarixdə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanın tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb hadisənin izini itirmək qərarına gələrək bu niyyətini həyata keçirmək üçün 2021-ci ilin aprel ayının 14-də Səidə Hüseynovanın yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürdükdən sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu və qızıl-zinət əşyalarını ələ keçirmiş, daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb.

Elnur Hüseynova 15 dekabr 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə Yevlax rayon prokurorluğunda ittiham elan edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...