hemle

Moskvada “3+3” formatında ilk görüş keçirildi

Tarix:10-12-2021, 19:18
Baxış Sayı:458

Bu gün Rusiyanın paytaxtı Moskvada Cənubi Qafqaz üzrə “3+3” regional məsləhət platformasının ilk iclası keçirilib.

hemlemedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iclas Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə baş tutub.

"Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Platformanın işini onun bütün iştirakçıları üçün maraqlı olan praktiki məsələlərə yönəltmək razılaşdırılıb”, - bəyanatında deyilir.

Beş ölkənin nümayəndələri Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını və onun üçün qapının açıq olduğunu bildiriblər.

İclas iştirakçıları aidiyyəti nazirlik və idarələrin mümkün cəlb olunması ilə gələcək üçün iş planlarını müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycanı görüşdə XİN başçısının müavini Xələf Xələfov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edib.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları