hemle

"Azərbaycanda hələlik "Omikron" ştamına rast gəlinməyib" - Hande Harmançı

Tarix:9-12-2021, 21:56
Baxış Sayı:216

“Tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və vaksinasiya kimi həyata keçirilən qabaqlayıcı tədbirlərin faydası görülməkdədir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşündə deyibn.

O qeyd edib ki, vaksinasiya prosesinin geniş vüsət aldığı ərazilərdə ölüm halları nəzərəçarpacaq dərəcədə azalmaqdadır:

“I doza önəmli olsa da, vaksin öz təsirini II dozadan sonra göstərir”.

Hande Harmancı xüsusilə risk qrupuna daxil olan şəxslərin vaksin olunmalarının vacibliyinə toxunub:

“Tibb işçiləri, yaşı 65 və daha yuxarı olan şəxslər, həmçinin hamilə qadınlar vaksin olunmalıdırlar. Son zamanlar mütəxəsislər hamilə qadınların da vaksin olunmaları yönündə fikirlər bildirirlər”.

O, COVID-19 virusunun yeni ştamlarından da söz açıb.

5-14 yaş arası uşaq və yeniyetmələr arasında “Delta-M” və “Omicron” ştamlarına yoluxma hallarının artdığını bildirən Hande Harmancı Azərbaycanda hələlik “Omicron” ştamına rast gəlinmədiyini də qeyd edib.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı