hemle

"Şəhid ailələri üçün yeni vergi güzəştləri nəzərdə tutulur" - Vüqar Bayramov

Tarix:4-12-2021, 12:10
Baxış Sayı:247

"Vergi Məcəlləsinə edilən dəyişikliklərdə eyni zamanda şəhid ailələri üzvləri və qazilərimiz üçün də yeni vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Milli Məclisdə qəbul olunan dəyişikliklərə əsasən, şəhid olmuş şəxslərin ailə üzvlərinin və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 min manatadək olan hissəsi vergidən azad olunur.

"Milli Məclisdə aparılan müzakirələrdən sonra təklif edilən vergidən azad olunan məbləğin 2 dəfə artırılması qərara alındı. Bu da əslində, Milli Məclis ilə hökumət arasında bu istiqamətdə də müzakirələrin səmərəli həyata keçirildilyindən xəbər verir.
Milli Məclisdə təsdiq olunan digər güzəşt vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin vergidən azad olunmasıdır. Bu hal da vergiyə cəlb olunma baxımdan müzakirə edilən məsələlərdən idi. Yeni dəyişikliklər ilə bu halda məbləğ limiti olmadan vergi güzəşti tətbiq olunacaq".

Deputat bildirib ki, Vergi Məcəlləsində nəzərdə tutulan hər iki güzəşt şəhid ailələrinin və qazilərimizin sosial təminatının gücləndirilməsi baxımdan vacib hesab olunur.
"Belə ki, bu belə ödənişlər həyata keçirilən və ya gəlirlər yaranan zaman şəhid ailələri və qazilərimizin vergi ödəməkdən azad olunmasına imkan verəcək. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək".

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ