hemle

Son sutkada 24 nəfər koronavirusdan ölüb

Tarix:3-12-2021, 19:10
Baxış Sayı:284

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1703 yeni yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Xatırladaq ki, 02 Dekabr 2021-ci il tarixində 1772 yoluxma faktı və 21 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 841 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 077, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 846 nəfərdir.

Son sutkada 24 nəfər koronavirusdan ölüb

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ