hemle

İstanbulda üç mərtəbəli bina çökdü

Tarix:1-12-2021, 22:49
Baxış Sayı:240

İstanbulda üç mərtəbəli tərk edilmiş bina çöküb.

hemlemedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Fatih rayonundakı binanın bir hissəsi uçulub. Tikilinin dağıntıları yola səpələnsə də, ilkin məlumatlara görə, xəsarət alan olmayıb.

Binanın boş olduğu, çökmə zamanı içərisində heç kimin olmadığı bildirilib. Buna baxmayara hadisə yerinə yanğınsöndürənlər və təcili yardım dəstələri göndərilib.

Polis ətrafda təhlükəsizlik tədbirləri alıb. Dağıntının baş verdiyi küçə piyadaların və avtomobillərin hərəkəti üçün bağlanıb.

Digər xəbərlər
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq
18:57 10 gün iş olmayacaq
18:55 Qaz olmayacaq - Saat 10:00-dan
18:51 Qondarma “soyqırımı” ilə bağlı gizli əmr - Erməni səfirlərə nə tapşırılıb?
17:57 Simpsonlar bunu da öncədən bildi: İstanbul zəlzələsi ilə bağlı qorxulu proqnoz
17:54 İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı