hemle

Azərbaycanda 67 nazir müavinindən 6-sı qadındır... - Onlar kimlərdir?

Tarix:30-11-2021, 07:49
Baxış Sayı:249

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin olunub. Onlardan biri İndira Hacıyeva, digəri isə Marina Vasilevadır. Yeni təyinatlardan sonra Azərbaycanda qadın nazir müavinlərin sayı 6-ya yüksəlib.

Ümumilikdə isə Azərbaycanda 67 nazir müavini var. Ən çox müavini olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. FHN rəhbərinin 8 müavini var. Ən az müavini olan isə Pərviz Şahbazovdur. Energetika nazirinin bir müavini var.

“Qafqazinfo” bu məqamda qadın nazir müavinləri ilə bağlı məlumatları təqdim edir.

Məmmədəliyeva Sevda Yusif qızı

1967-ci il təvəllüdlü Sevda Məmmədəliyeva uzun müddətdir ki, nazir müavini postundadır. O, əvvəlcə 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin müavini təyin olunub. 2006-cı ildə isə Mədəniyyət Nazirliyi ləğv edildikdə və onun əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamla mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə gətirilib.

Azərbaycanda 67 nazir müavinindən 6-sı qadındır... - Onlar kimlərdir?

20 aprel 2018-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyi ləğv edilib və onun əsasında Mədəniyyət Nazirliyi yaradılıb. Sevda Məmmədəliyeva isə fəaliyyətinə mədəniyyət nazirinin müavini kimi davam edib.

İlhamə Qədimova

O, 1975-ci ildə anadan olub. Türkiyədə təhsil alan İlhamə Qədimova, 11 il özəl sektorda hüquqşünas və konsultant olaraq çalışıb.

Hazırda çalışdığı nazirliyə gəlişi 2018-ci ilə təsadüf edir. O, həmin ilin may-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

2018-ci ilin sentyabrın 24-də isə Prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

Həsənova Sevinc Telman qızı

1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.

1993-2006-cı illərdə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb.

Prezident İlham Əliyevin 6 iyul 2006-cı il tarixli sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. 2014-cü ildə iqtisadiyyat və sənaye nazirinin müavini kimi çalışıb. 2016-cı ildə isə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Əliyeva Nigar Ramiz qızı

O, 2009-cu ildən bu günə kimi səhiyyə nazirinin müavini vəzifəsində çalışır.

1969-cu ildə Bakıda anadan olan Nigar Əliyeva, nazir müavini təyin olunmamışdan öncə, qurumda Ümumi şöbənin müdiri olub.

ATU-nun 1992-ci il məzunu olan N.Əliyeva nazirlikdə çalışanadək Respublika Diaqnostika Mərkəzində (1993-2006-cı illər) həkim kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Azərbaycanda qadın nazir müavinlərindən biri də təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyeva olub. O, 2020-ci ilin dekabrında tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova da vaxtilə nazir müavini kimi çalışıb. O, daha əvvəl mədəniyyət və turizm nazirinin müavini olub. N.Qədimova 2015-ci ildə Naxçıvanın mədəniyyət və turizm naziri, 2018-ci ildə Muxtar Respublikanın mədəniyyət naziri təyin edilib.

Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti