hemle

QHT Agentliyinə yeni icraçı direktor təyin edildi - FOTO +VİDEO

Tarix:23-11-2021, 16:30
Baxış Sayı:235

23 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

hemlemedia.az xəbər verir ki, iclasda Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək A.Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər.


Qeyd edək ki, Aygün Əliyeva 29 iyul 1988-ci ildə Bakı şəhərində anadan olmuş, 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini, 2012-ci ildə Azərbaycan Dillər Universitetinin müvafiq ixtisas üzrə magistratura pilləsini, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsini bitirib.

2010-cu ildən başlayaraq Azərbaycan Dillər Universitetində prorektor köməkçisi,
2012-2013-cü illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi ofisində baş təlimatçı,
2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyətində başçısının müavini,
2020-ci ildən bu günədək isə TƏBİB- İctimaiyyətlə ələqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləmişdir.
2007-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarının sosial, iqtisadi, təhsil sahələrində olan layihə və proqramlarının icrasına cəlb olunub.

Digər xəbərlər
23:22 Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi
23:14 Bakıda ən ucuz ərazilər haradadır? - araşdırma
23:10 "Wi-Fi" sürətini necə yaxşılaşdırmaq olar? - Altı asan yol
23:08 YouTube videolarını mətnə necə çevirmək olar? - SADƏ ÜSULLAR
23:06 Hər gün bir parça tünd şokolad yesək, orqanizm necə reaksiya verər?
23:03 Hər kəsin cibinə görə deyil: Yeni “iPhone”un qiyməti məlum oldu
22:20 Əhalinin NƏZƏRİNƏ: Maaş sistemində vacib dəyişiklik olacaq - DETALLAR
22:15 Erməni separatçılarının tabutuna çaxılan son mismar