hemle

MTRŞ sədri televiziyaları TƏNQİD ETDİ

Tarix:2-11-2021, 15:50
Baxış Sayı:259

Milli Televiziya və Radio Şurasında (MTRŞ) ümumölkə televiziya kanallarının proqram direktorları və xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib.

Şuradan verilən məlumata görə, görüşdə son günlər cinsi təcavüzə məruz qalmış, dünyaya uşaq gətirmiş 11 yaşlı qızla bağlı bir sıra televiziya kanallarında yayılan xəbərlərdə şəxsi toxunulmazlıq məsələlərinə əməl olunmamasından, belə halların efir məkanında geniş müzakirəyə səbəb olmasının mənfi təsirlərindən danışılıb.

Şura sədri İsmət Səttarov bildirib ki, müxtəlif cinayət əməlləri ilə bağlı azyaşlıların kimliyinin efirdə açıq şəkildə yayılması yanlışdır: "Azərbaycan və ümumən digər ölkələrdə jurnalistlərin peşə etikası kodeksində bu məsələ açıq şəkildə əksini tapmışdır ki, uşaqlar cinsi istismara məruz qalıbsa, yaxud cinayət törədibsə, efirdə onların anonimliyi qorunmalı, proqramlarda hadisələr təqdim olunduqda şəxsi toxunulmazılıq ilə bağlı tələbələrə əməl olunmalıdır – üz göstərilməməli, ad və soyad dəyişdirilməli, zərərçəkənin tanınması və bununlada əlavə psixoloji təzyiqə məruz qalmaması üçün lazımi tədbirlər görülməlidir. Baş vermiş hadisənin ümumi və ya birtərəfli şərh olunması, zərərçəkmiş uşaqlardan müsahibə alınması, subyektiv fikir yürüdülməsi, hadisə ətrafında sosial şəbəkələrdə gedən müzakirələrin ümumölkə efirinə daşınması yolverilməzdir".

Görüş zamanı, həmçinin, Vətən müharibəsi şəhidləri ilə bağlı televiziya kanallarında yayımlanan süjet və reportajların statistikası ətrafında fikir mübadiləsi aparılmış, haqqında heç bir kanalda efirə süjet və ya reportaj getməmiş şəhidlər barədə materialların hazıllanması və yayımlanması tövsiyə olunub.

Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti