hemle

Nazir müavini rüsumların artırılmasının səbəbini AÇIQLADI

Tarix:1-11-2021, 12:50
Baxış Sayı:229

“Hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır. Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə olan dəyişikliklərdir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

“Məsələn, əvvəlki rüsumlar köhnə pasportlar üçün nəzərdə tutulmuşdu. Yeni pasportlar isə biometrik pasportlardır. Təbii ki, bunun xərci əvvəlki ilə uyğun gəlmir. Yəni onsuz da bu gün bizdə 1 yaşına qədər olan uşaqlara pasportlar maya dəyərindən aşağı qiymətə verilir. Hətta 15 manata qaldıranda da belə bu rəqəm maya dəyərindən aşağı səviyyədədir”, - deyə nazir müavini bildirib.

A. Bayramov qeyd edib ki, rüsumlarda əməliyyatlar üçün həyata keçirilən dövrilik də nəzərə alınacaq: “Məsələn, nikahların bağlanması üçün əvvəlki rüsum 15 il bundan əvvəl müəyyən olunub. Həmin dövrdən sonra kağızın özünün qiyməti, çapı və s. da qalxıb. Bu, normal haldır. İnsanın həyatında 1 dəfə həyata keçirilən əməliyyatdır. Bu baxımdan bu rəqəmlərə baxmaq zəruridir”.

Digər xəbərlər
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq
18:57 10 gün iş olmayacaq
18:55 Qaz olmayacaq - Saat 10:00-dan
18:51 Qondarma “soyqırımı” ilə bağlı gizli əmr - Erməni səfirlərə nə tapşırılıb?
17:57 Simpsonlar bunu da öncədən bildi: İstanbul zəlzələsi ilə bağlı qorxulu proqnoz
17:54 İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı