hemle

“11 yaşlı qızın hamilə qalmasında ən böyük cinayətkar ailədir”

Tarix:29-10-2021, 19:34
Baxış Sayı:566

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə 11 yaşlı uşağın hamilə qalması ilə bağlı məsələyə münasibət bildirib.

Bu məsələdə ailəni günahlandırıb.

“Cəmi 11 yaşı var onun. Bir az öncə 11 yaşlı uşağın bir qız uşağı oldu. Əlbəttə, cinayət işi də açılacaq, cinayətkar da tutulacaq. Amma ən böyük cinayətkar ailədir.

O ailə nə vəziyyətdə olmalıdır ki, uşağının 31 həftəlik hamiləliyini, burnuna dəyən qarnını görməsin! Ən böyük cəza ailənindir. Ən böyük cəza valideynindir! Hazırda cəza çəkən uşaqdır. Cəzası iztirablardır, zorlanmasıdır, hamiləliyidir, reanimasiyada can çəkişidir.

O kiçik canında daşıdığı günahsızlığın cəzasıdır cəzası. Cinayətkarı isə küncdə-bucaqda axtarmayın. Nərminin ruhuna heç olmasa, bu dəfə hörmət edin. Valideyn üçün isə allahdan nə böyük cəza varsa, onu diləyirəm”, - birlik sədri qeyd edib.

Digər xəbərlər
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı
10:38 COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
10:33 Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
10:29 Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
09:22 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
09:15 Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq