Şəkidəki Pir Baba ziyarətgahını TALAN edən kimlərdir? – “Qızılaxtaranlar peyda olub” — ARAŞDIRMA
Şəkinin Cumakəndində yerləşən “Babaratma” (Pir Baba) ziyarətgahında qanunsuz qazıntı işlərinin aparıldığı iddia olunur. Qazıntı işlərinə səbəb ziyarətgahın altında qızıl olması ilə əlaqələndirilir.
Məlumata görə kənd icra nümayəndəsi ilə ziyarətgahın
nəzarətçisi əlbir olaraq ərazidə qazıntı aparıblar. Hazırda ziyarətgahın bağlı olduğu və ora heç kimin buraxılmadığı deyilir. Kənddə və rayonda dolaşan söz-söhbətlərə görə prosesə yerli polislər də qoşulub.
Məlumatın nə qədər həqiqətəuyğun olub-olmadığını öyrənmək üçün Şəki Rayon İcra Hakimiyyətinə müraciət etdik.
Şəki rayon icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elman İmamverdiyev sözügedən məsələdən xəbərsiz olduqlarını və bu barədə hər hansı məlumat eşitmədiklərini vurğulayıb. Həmçinin, məlumat almaq üçün bizi ərazi nümayəndəliyinə yönləndirib. Şəki rayon Cumakənd ərazi nümayəndəliyi və bələdiyyəsindən telefon zənglərimizə cavab verən tapılmadı.
Öz növbəsində Şəki Rayon Polis Bölməsinin sahə rəisi Hümmət Qədirovla da əlaqə yaratmaq mümkün olmayıb.
Qeyd olunan məsələ ilə bağlı sorğumuzu Daxili İşlər Nazirliyinə ünvanlamışıq.
“Babaratma” Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, buradakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir. Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dədə Mürsəl Şeyx Babarta idi. “Babarta” “Baba ribat” sözünün təhrif olunmuş şəklidir.
Türbə binasının divarında ərəbcə bu sözlər yazılıb: “Babaratma kəndindən olan və ziyarətgahda yaşayan Molla Abdullah ibn Molla Abdulmuttəlib Hz Muhammədin hicrətindən sonra 1100 ilində bərpa etdirdi və öz əli qəbrini qazdı”.
Ziyarətgahın nəzarətçisi Məmməd Süleymanovdur.
Rəvayətə görə, Babaratma babagil 3 qardaş olublar. Birinci Şeyx Babaratma baba bu kənddə yaşayıb, digəri Böyük Qafqaz sıra dağlarının orta yamaclarında, adı da Şeyx Kaplan babadır.
Üçüncüsü isə, Dağıstan Respublikasının Axtı rayonunun ərazisində yaşamış Şabruz babadır. Şeyx Babaratma babanın burda məskunlaşma dövrü, daş kitabələrə əsasən, təxminən 400 il əvvələ gedib çıxır. Bu gün də onun haqqında çoxlu rəvayətlər və əfsanələr dolaşır.
https://bizim.media/az/cemiyyet/42905/
Deməsək olmur, desək…
Abidələr tarixin yaddaşı, xalqların, millətlərin sirdaşıdır
Maddi-mədəniyyət, tarixi, dini məbədlərimizi qorumaq hər birimizin mənəvi və vətəndaşlıq borcudur
Abidələr minillik yadigarlar kimi həmin coğrafi məkanda yaşayanların ulu əcdadlarının kimliyidir — pasportudur. Ona görə də hər bir dövlətdən öncə, xalq onları qoruyub saxlayır və gələcək nəsillərə əmanət edirlər.
Bizim Azərbaycanın da ərazilərində minilliklərin yadigarları az olmayıb. Doğrudur, erməni vandalları onların əksəriyyətini saxtalaşdırmağa çalışıb, hətta, bəzilərini yer üzündən siliblər də…
Bütün bunlara baxmayaraq, dünya və ölkə miqyaslı abidələr dövlətin nəzarəti və himayəsi altında olduğundan, onların mühafizəsi də qanun-qaydalarla tənzimlənir. Təəssüf ki, bəzən aşağıdakı kimi də olur.
Şəki rayonunun Cumakəndində Pirbaba adlanan ziyarətgah var. Şəki rayonunun Cumakənd icra nümayəndəsi Mustafa Əliyev, kənd sahə müvəkkilinin basciliğı ilə pandemiya dövründə, ziyarətgahların bağlı olmasından isdifadə edərək, oranın mollasını və öz işçilərini səfərbər edərək, Pirbabanın qəbrini dağıdıb altından qızıl axtarıblar. Deyilənə görə, oradan qızıl tapıb aparıblar da…
Ermənilər bizim tarixi abidələrimizi dağıdıb məhv etdikləri kimi, bunlar da öz vəzifə səlahiyyətlərindən istifadə edərək Mədəniyyət Nazirliyinin balansında olan tarixi abidəni qazıb dağıdıblar. Bəlkə bunların da ermənilərlə qohumluq əlaqəsi var?! Müvafiq qurumların, təcili şəkildə bu barbarlara qarşı ən sərt şəkildə tədbir görməsi üçün işə qarışmasını xahiş edirəm. Bu haqda məlumatı youtube kanaldan almışam.
Doğrudur, mən dinə bir o qədər də inanan adam deyiləm. Amma xalqımızın inancına böyük hörmətlə yanaşıram. Həm də tarixi abidə olan Pirin dağıdılmasına qətiyyən razı olmaram. Bundan başqa, kiçik məmurların belə özbaşınalığı — goreşənlik hərəkəti xalqımızda Prezidentimizə qarşı narazılıq yaradır. Ona görə də xahiş edirəm bu cinayətin çox ciddi şəkildə araşdırılması üçün əlaqədar təşkilatlar və hüquq-mühafizə orqanları nəzarətə götürsün. Şəki rayon hüquq mühafizə orqanları bu cinayətin açılmasında maraqlı olmadıqlarını nəzərə alaraq, türbənin Mədəniyyət Nazirliyi tərəfindən qorunduğunu, ziyarətgahın QMİ-nin birbaşa nəzarətində olduğunu nəzərə alaraq, araşdırılması üçün hüquq mühafizə orqanlarının mərkəzi aparatına üz tuturam: bu milli məsələyə laqeyd qalmayın. Sizdən xahiş edirəm..
Onu da nəzərinizə çatdırım ki, göstərdiyim faktlar tam doğrudur. Tanıdığım Cumakənd sakinlərindən məsələni araşdırdım, təəssüf ki, faktları təsdiqlədilər.
Vikipediyadan Pir haqqında qısa məlumat alaq: “Murdarçayın (Əyriçayın qolu) sahilində, Alazan-Həftəran vadisindədir. Kəndin yaxınlığında Babaratma piri var. Bu pirə bəzən Pirbaba da deyirlər. Rəvayətə görə, pir ərəb işğalları dövründə (VII əsr) yerli əhali ilə vuruşmada öldürülmüş ərəb sərkərdəsi Babarutənin qəbridir. Oykonimin ikinci komponenti irətmə variantında yerli dialektdə «kəlağayı toxunan yer, emalatxana» mənasında işlənir. Məlumdur ki, Şəki ta qədimdən özünün qiymətli ipəyi və kəlağayısı ilə məşhurdur.
Şəki şəhəri Babaratma kəndindəki eyni adlı pir kompleksinə məqbərə, məscidlər və qəbiristanlıq daxildir. Məscid-türbə binasının kitabəsindən alınan məlumata görə, buradakı qəbir Seyyid Hacı Ağa Məhəmmədindir (h. 1005 / m. 1596-1597). Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dədə Mürsəl Şeyx Babarta idi. «Babarta» «Baba ribat» sözünün təhrif olunmuş şəklidir. Mənası «хаnəgаһ şeyxi» deməkdir.
Türbə binasının divarında ərəbcə bu sözlər yazılıb : “Babaratma kəndindən olan və ziyarətgahda yaşayan Molla Abdullah ibn Molla Abdulmuttəlib Hz. Muhammədin hicrətindən sonra 1100 ilində bərpa etdirdi və öz əli ilə qəbrini qazdı” (1688-1689).
Qeyd edək ki pir Zaqatala-Yevlax yolunun Şəkidən keçən 366-ci km-i, Şəkinin girişindən 21 km sonra, Əyriçay su anbarı ilə üzbəüz, Suvagil kənd yolundan 1,3 km içəridə yerləşir”.
Goreşən məmur və molla tərəfindən öz şəxsi mənfəəti üçün belə bir tarixi abıdınin dağıntısına yol açan qazıntılar yolverilməzdir. Cumakəndin icra nümayəndəsi Mustafa Əliyev təkcə ziyarətgaha yox, pul gətirəsi nə varsa hər şeyə əl atıb. Hər şeyi dağıdıb töküb. Belə ki, kəndin ətrafında çoxillik və cavan çinar ağacları var idi. Hətta adı “Qırmızı kitab”a düşən və digər ağaclar kəndin təbiətlə harmoniyasına xüsusi gözəllik verirdi. Həmin ağaclar havanın təmizlənməsi, güclü küləklərin qarşısını alması funksiyasını yerinə yetirirdi. Ekologiyanın sabit saxlanması rolunu oynayırdı. O, heç bir icazəsi olmadan, “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə həmin ağacları gözdən uzaq olanları dibindən, görünənləri isə bir az yuxarıdan kəsdirib yeşik düzəldən iş adamlarına satıb. Musafa satqın və işverən olduğuna görə kəndin camaatı ondan qorxur. Onun atası — eşşək Yaqubun qardaşı, yekəqarın Musa bir vedrə almaya görə kənddə 3 nəfər cavan oğlanı həbs etdirmişdi. Mən indi başa düşməyə başladım ki, bunlar türk yox, qeyri-millətin nümayəndələridir. Yoxsa bu xalqa qarşı onlarda belə münasibət olmaz. Ermənilər, Qarabağ onların olmadığının fərqinə vararaq vandallıq edərək bütün evləri darmadağın etdikləri kimi, həmin kəndin icra nümayəndəsi Mustafa da Cumakəndi darmadağın edib. Deyirlər ot kökü üstdə bitər. Onun atası yekəqarın Musa bir vedrə almaya görə 3 gənc oğlanı həbs etdirmişdi. Bir vedrə almadan ötrü 3 gənc oğlanımızı həbs etdirən şəxsin övladı da belə olar. Satqınlıq, işverənlik Musafada irsidir. Damarında Azərbaycanlı qanı axan kəs öz xalqına, öz yurduna, öz tarixinə, öz təbiətinə qarşı belə nifrətlə yanaşmaz, belə vəhşilik etməz. Yol kənarındakı ağacları 1,5 — 2,5 m hündürlükdən kəsib, gövdələrini satıb. Ağacların 2-3 metr hündürlükdən kəsilməsinə müvafiq orqanların xüsusi icazəsi olmalıdır. Mustafa ancaq sağlam ağacları kəsib. Videodan da göründüyü kimi çürük ağaclar heç bir işə yaramadığına görə kəsməyib.
Adətən qoyun yatağına girən canavar bir qoyunu yeyəcəyi halda bütün yatağı param parça edir. Mustafa da canavar kimi sağlam ağacları kəsdirib satmaq üçün, çürük ağacları isə budayıb. Maraqlısı budur ki ağaclar kəsildikcə, budandıqca Ekologiya və təbii sərvətlər nazirliyi də bu vandalizmin qarşısının alınması üçün heç bir tədbir görməyib.
Bundan Başqa Mustafa Əliyev atasının adına 200 hektara yaxın, oğlu Malik Əliyevin adına 200 hektara yaxın olmayan torpaq sahəsi yazaraq hər ildə dövlətdən hektarına 80 manat hesabı ilə subsidiya alıb
Mən istəyirdim həmin ərazini icarəyə götürüb şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün orada park salım. Goreşən dələduzların iştahası şəhidlərimizin xatirəsini üstələdi. Goreşən Mustafa ilə telefonla danışmışdım. Goreşənə demişdim ki həmin sahənin 10-15 sotluq yerində köhnə məscid binasını da uçurub, təzə məscid tikib kənd camaatının ixtiyarına verəcəyik.
Müqəddəs hesab etdiyimiz ziyarətgahı qızıl üçün qazdıran bir dələduzdan insanlarımızın rifahı üçün nə isə edəcəyini düşünmək əbləhlikdir, mən bunu başa düşməmişdim.
Goreşənin, bizim müxalifətlə əlaqəmiz olduğu iddiası da həqiqətə uyğun deyil. Biz həyatımızı Ulu Öndərimiz Heydər Əliyevin, Prezidentimiz, müzəffər Ali baş komandanımız İlham Əliyevin təbliğinə həsr etmişik. Arif adama təkcə onu deməyim kifayət edər ki Ulu Öndərimiz Heydər Əliyevin, Prezidentimiz, müzəffər Ali baş komandanımız İlham Əliyevin həyat və yaradıcılığına həsr olunmuş 20-ə qədər kitabı öz şəxsi vəsaitmizlə tərcümə etdirib, nəşr edib pulsuz yaymışıq. Əlbəttə, belə şeylər şəhidlərin xatirəsindən, Ziyarətgahımızın müqəddəsliyindən öz şəxsi mənafeyini üstün tutan Goreşənlərin vecinə də ola bilməz. Bir də mənim belə bir prinsipim var: — «Dələduzla mübahisə etsəniz, onun səviyyəsinə enərsiniz, o, sizi öz üsulları ilə məhv edər». Bəli, Goreşənin həm tərübəsi çoxdur, həm də üsulları. Ona görə də onun səviyyəsinə enmək istəmirəm.
Onu da vurğulayaq ki Goreşənlərin belə hərəkətləri vətəndaşları Prezidentimizə qarşı narazı salmağa hesablanıb.
Bişkek kitabxanalarına hədiyyə etdiyimiz kitablar
Həmin torpaq sahəsini icarəyə götürməkdə mənim əsas məqsədim bütün kənd camaatının qazanması idi. Məqsədim şəhidlərimizin ruhunu şad etmək idi. Demə, Goreşənin qazanması şəhidlərimizin ruhundan daha yüksək imiş. Sonda demək istəyirəm ki həmin torpaq sahəsindən imtina etmişəm. Bir daha mənim adım həmin torpaqla bağlı hallanmasını istəmirəm. Goreşən intriqalarında mübarizəsini mənim adım hallanmadan aparsın. Mən isə öz növbəmdə Ziyarətgahın dağıdılması məsələsini ən yüksək dairələrə çatdırmağa çalışacağam.
Onu da nəzərinizə çatdırım ki həmin torpaq sahəsinin icarəyə götürməyimizi Şəxsən Sizinlə razılaşdırıb sonra bələdiyyə sədrinə demişdik. Yəni Goreşənin dediyi “bələdiyyə o torpaq sahəsini mənə satmaq istəyibmiş” yalanına son qoyulmalıdır. Həqiqət nazilər, amma üzülməz. Hər şey vaxtı gəldikcə üzə çıxacaq.
Ziyarətgahın dağıdılmasında günahları olan hər kəsin cəzalandırılması üçün axıradək mübarizə aparacağam. Sizə uğurlar.
Mədəniyyət nazirliyinin balansında olan tarixi abidəni necə qazıblar?
Tarixi abidəni qazanlar qanun qarşısında cavab verəcəklər, ya yox?
Ekologiya və təbii sərvətlər nazirliyi, ağacların kəsilməsinə icazə veribmi?
Seyyid nəslindən gələnlərə: Tarixi araşdırma göstərir ki həmin ziyarətdə dəfn olunan seyyiddir. Niyə etiraz səsinizi çıxarmırsınız?
QMİ Şeyxülislam niyə susur? O ancaq nəzir toplamağı bacarır?
Dini qurumlarla iş üzrə Dövlət Komitəsi ziyarətgahdakı tarixi abidənin qazılmasına niyə susur?
MTN müvafiq qurumıarı ekspertiza təyin etsin, abidənin qazılma tarixini, gün, ay, ilini təyin etsin. Şahidləri dindirərək, günahkarlar qrupunu təyin edib, onların cəzalandırılmasını təmin etsin.
DİN müvafiq qurumıarı ekspertiza təyin etsin, abidənin qazılma tarixini, gün, ay, ilini təyin etsin. Şahidləri dindirərək, günahkarlar qrupunu təyin edib, onların cəzalandırılmasını təmin etsin.
Qazıntılarla abidəyə dəyən zərər təyin edilsin
Qazıntılarla abidənin kökmə qorxusu təyin edilsin, Abidəni gələcək nəsillərə sağlam ötürmək üçün, müvafiq işlər görərək abidənin möhkəmlənməsi təmin edilsin
[b]Mustafa Əliyev atasının və oğlu Malik Əliyevin adına qeyd etdirdiyi 400 hektaradək olmayan torpaq sahəsi üçün 2007 ci ildən 2013 ilədək dövlətdən aldığı subsidiyalar araşdırılsın.