hemle

"Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir" - ÇAĞIRIŞ

Tarix:25-10-2021, 08:38
Baxış Sayı:242

Diplomatik mənbələrə istinad edən Ermənistan mətbuatı, noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında 2 yeni sənəd imzalanacağı ilə bağlı məlumat yayıb. İddia olunur ki, son anda forsmajor hal baş verməzsə, sənədləri Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayacaqlar.

Birinci sənəd, Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını əhatə edir. Sənəd Vladimir Putinin də vurğuladığı kimi, Bakı və İrəvan arasında bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıdıqlarını göstərən SSRİ-nin Müdafiə Nazirliyinin Baş qərargahının 1920-ci il xəritələrinə əsaslanır.

Məlumatı şərh edən politoloq Ramiyə Məmmədova Bizimyol.info saytına açıqlamasında bildirdi ki, Ermənistan mətbuatı bir neçə gündür, ölkə daxilində siyasi çaxnaşma yaratmaq üçün bu məsələni həddindən artıq qabardır:

“İrəvan, bununla da əsas diqqəti SSRİ-nin Müdafiə Nazirliyinin Baş qərargahının 1920-ci il xəritələrinə yönəltməyə cəhd edir. Rusiya prezidenti son çıxışında həmin xəritələrin Rusiya dövlət arxivində saxlanıldığını bildirdi. Bu xəritələrə yenidən nəzər yetirsək, indiki Ermənistan ərazilərinin çox hissəsinin Azərbaycana aid olduğunu görərik”.

Sərhədlərin delimitasiya və demarkasiyası məsələsinin artıq gündəmdə olduğunu söyləyən politoloqun sözlərinə görə, Rusiya prezidenti də buna öz razılığını verib: “Nikol Paşinyan, son çıxışında sərhədlərin bərpa olunmasını və dəhlizlərin açılmasını istədiklərini bildirdi. Bu fikri özbaşına səsləndirmir, çünki Ermənistanda vəziyyət getdikcə daha da acınacaqlı hal almaqdadır.

Bu gün Xankəndində baş verən proseslər, oradakı əhalinin çox pis vəziyyətdə yaşaması və gündəlik yaşamlarını təmin etmək üçün bütün əşyalarını sülhməramlı əsgərlərə satması, vəziyyətin nə qədər ağır olduğunu sübut edir. Belə getsə, onlar Azərbaycan tərəfə keçmək və vətəndaşlığını qəbul etməyə məcbur olacaqlar”.

Nikol Paşinyanın sərhəd məsələsində Rusiyadan dəstək aldığını deyən R.Məmmədova, onun Moskva tərəfindən qulaqburması alması ehtimalını da diqqətə çatdırdı: “Artıq Putin də anlayır ki, məsələ uzandıqca, rəsmi İrəvan yeni poblemlər ortaya çıxaracaq və üçüncü, hətta dördüncü dövlətlərin dəstəyini də almağa cəhd edəcək. Əvvəl İrandan dəstək almaq istədi, amma Azərbaycanın sərt reaksiyasından və Rusiyanın müdaxiləsindən sonra kənarda saxlanıldı. İrəvan sabah Fransanın, hətta ABŞ-ın dəstəyini almaq üçün bütün qüvvəsini səfərbər edə bilər. Rusiya isə buna görə hər iki dövlətə də öz göstərməyə məcbur olacaq. Moskva isə başını ağrıtmaq istəmir və bölgədə yalnız Türkiyənin varlığını qəbul edib. Bu da təbii ki, son Putin-Ərdoğan görüşlərindən sonra mümkün oldu. Putin bu gün açıq şəkildə sərhədlərin tanınması məsələsi tamamilə həll olunmasını tələb edir. Ermənistana isə çatdırır ki, artıq mövcud vəziyyətlə barışmaqdan başqa çarəsi qalmayıb. Moskva əlində olan bütün təsir rıçaqlarını itirməmək üçün istənilən addımı ata bilər. Buna görə də güclünün yanında dayanaraq, həm bu sahədəki problemlərin həll olunmasına çalışacaq, həm Türkiyə və Azərbaycanla, həm də digər maraqlı dövlətlərlə rahat şəkildə çalışmaq imkanı əldə edəcək”.

Bu məsələdə ikinci problemin Zəngəzur dəhlizi ilə bağlı olduğunu deyən ekspertin sözlərinə görə, dəhliz tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir: “Ölkəmiz dəhlizin açılmasında böyük rola malik olduğu üçün düşünürəm ki, gömrük xidməti və polis mühafizəsi rəsmi Bakının nəzarətində olmalıdır. Burada ikinci və üçüncü qüvvəllərin olması mümkün deyil”.

Məlumatda, ikinci sənədin regionda kommunikasiya əlaqələrinin açılması barədə, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcəyi qeyd edilib. Sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.

Müsahibimizin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması təkcə Rusiya, Azərbaycan və Türkiyə üçün deyil, həm Gürcüstan, həm də Yunanıstan üçün çox vacibdir: “Bu dəhliz, Azərbaycanla Türkiyəyə daha çox lazımdır. Çünki, buradan Naxçıvana birbaşa yol açılır. Bu yol açılması həm də birbaşa Türkiyəyə gediş-gəlişin bərpa olunması deməkdir. Türkiyə isə dəhliz vasitəsi ilə təkcə ölkəmizə deyil, həm digər Qafqaz ölkələrinə, oradan Asiyaya və Türk dövlətlərinə yol açmış olur. Bu məsələ Rusiyanın xoşuna gəlməyə bilər. Çünki dəhliz məsələsində böyük rola malikdir. Bununla belə, Moskvada başa düşürlər ki, Zəngəzur dəhlizinin açılması ilə Avropaya yalvarmadan Türkiyə üzərindən bütün dünyaya ixrac həyata keçirə biləcək”.

Qeyd edək ki, məlumatda, sənədin imzalanması üçün 9 noyabr tarixinin seçilməsinin təsadüfi olmadığı bildirilib. Belə ki, 2020-ci ilin məhz bu günü, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Rusiya Prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanat imzalamışdılar.

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?