hemle

Uzun fasilədən sonra görüşdük!

Tarix:23-10-2021, 19:56
Baxış Sayı:336

ATESH,AZ saytının verdiyi xəbərə görə Səriyyə Cəfərova deyib ki, uzun zaman idi ki, məktəblərdə şagirdlərlə canlı görüşlər həyata keçirmək pandemiya səbəbindən mümkün olmurdu. Nəhayət bu ilin payızında Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ''Öncə vətən'' adlı layihəni Nizami rayonundakı 250, 272, 242, 10 saylı tam orta məktəblərində həyata keçirdik. Layihə rəhbəri Əlizadə Leyla layihənin əhəmiyyətindən danışaraq, torpaqlarımızın azad olunmasında Müzəffər ordumuzla yanaşı gənclərimizdə vətənpərvərlik hisslərinin gücləndirilməsində məktəblərin böyük rol oynadığını vurğuladı. Vətən bizim canımız, Vətən bizim urəyimizdir. 44 günlük Vətən müharibəsində gənclərimiz bunu bir daha əməlləri ilə sübut etdilər. Ön cəbhədəki zabit və əsgərlərimizlə, arxa cəbhədə mülkü vətəndaşlarımız birlikdə düşmənə qarşı mübarizə apararaq totpaqlarımızı işğaldan azad etdilər. Bu günlər də biz Zəfər bayramımızı da qeyd edəcəyik! Azərbaycan xalqı gələcəyimiz olan gənc nəsli torpağına elinə ,obasına hörmət və vətən sevgisi ilə böyüdüblər. Vətən müharibəsində şəhid olan Namiq Cavadovun anası Svetlana Cavadovada oğlu ilə bağlı kövrək xatirələrindən danışdı. Vətən qarşısında mən də öz borcumu yerinə yetirərək oğlumu özüm Xocalı rayon Hərbi komissarlığına apararaq döyüşə göndərdim. Oğlum da zabit şərəfini ləyaqətlə qoruyaraq, döyüşərək Füzulidə şəhid oldu. Qarabağ sevdalı sənətşünas. qiraətət ustası Məleykə Alıoğlunun söylədiyi Qarabağ şeri coşğu ilə qarşılandı.Erməni Təcavüzünün Tanıdılması İB-nin sədri Səriyyə Müslüm qızı və məktəbin direktoru Akif Rəsulov ürək sözlərini söylədilər.
Səriyyə Cəfərova
ATESH,AZ


Digər xəbərlər
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
14:23 Daha bir cərimənin məbləği artırıldı
13:32 Müxalifət geri çəkilmir: Gürcüstanda toqquşmalar davam edir
13:29 Bu şəxslərə ödənilən müavinətin məbləği artırılır
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti