hemle

"Onlar Rusiyanı aldatdı" - Putin

Tarix:22-10-2021, 11:19
Baxış Sayı:257

"NATO ölkələrinin rəhbərləri alyansın hərbi infrastrukturunu şərqə doğru genişlənməyəcəyinə söz verərək Rusiyanı aldatdılar”.

Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib.

"Baxın, 1980-ci illərin sonları - 1990-cı illərin başlanğıcında - Almaniyanın birləşməsindən sonra nə baş verirdi - hər tərəfdən deyilirdi ki, NATO-nun infrastrukturunun şərqə doğru hərəkətləri heç bir halda olmayacaq. Rusiya heç olmasa buna əmin olmalı idi. İctimai bəyanatlarda belə deyirdilər, bəs təcrübədə? Aldatdılar”, - "Valday" beynəlxalq klubun plenar iclasında bildirib.

"İndi onlar deyirlər ki, bu, kağız üzərində haradadır, göstərin?" - Putin NATO ölkələrinin rəhbərlərini nəzərdə tutaraq əlavə edib.

O, xatırladıb ki, Şimali Atlantika alyansının tərkibi təminatlara baxmayaraq dəfələrlə şərqə doğru genişlənib.

"İndi hansısa bir xadim var, amma o artıq sabah yoxdur, onun yerinə kimsə başqası gəlir. Bu, Rusiya üçün təhlükəsizlik zəmanəti deyil. Bu, sadəcə verilmiş mövzuya danışıqlardır. Və əlbəttə, bu bizi narahat edir”, - deyə Rusiya lideri vurğulayıb.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ