hemle

"Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur" - İlham Əliyev

Tarix:18-10-2021, 14:06
Baxış Sayı:231

Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur.

Bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün bu tarixə toxunarkən, sadəcə olaraq, öz mövqeyimi, öz fikirlərimi sizinlə və Azərbaycan xalqı ilə bölüşmək istəyirəm. Sabah digər tarixi gün qeyd olunacaq - Xudafərin qəsəbəsinin azad olunması. Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik.

Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq. Bir daha sizi təbrik edirəm və yeni uğurlar, cansağlığı arzu edirəm".

Digər xəbərlər
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama