hemle

Ərdoğandan Talibanla bağlı açıqlama: “Talibanı əhatəli bir hökumət qurmağa yönəltməliyik”

Tarix:12-10-2021, 18:12
Baxış Sayı:273

"3,6 milyonu Suriyadan olan 5 milyon qaçqına ev sahibliyi edən ölkəmiz Əfqanıstandan qaynaqlanan yeni bir köç yükünü daşıya bilməz”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Əfqanıstan xalqına yardım etməyin zəruri olduğunu bildirib:

"G20 -ni dünyamızın qarşılaşdığı çətinliklər qarşısında əməkdaşlıq üçün əsas platforma olaraq görürəm. Əfqanıstandakı proseslərin siyasi və humanitar ölçüləri ilə bərabər iqtisadi və maliyyə təsirləri də var. Məsələnin G20-nin iş sahəsi çərçivəsində nəzərdən keçirilməsini alqışlayıram. Əfqanıstanda yeni bir siyasi reallıqla üz-üzəyik. Ölkədə təhlükəsizlik və sabitliyin təmin edilməsi beynəlxalq miqyasda da çox vacibdir.

Dialoq kanallarını açıq saxlamalı və Talibanı əhatəli bir hökumət qurmağa yönəltməliyik. Bu gün Əfqanıstan xalqı 40 ildən çox davam edən münaqişə və terrorun, siyasi qeyri-müəyyənliyin dağıdıcı nəticələri ilə mübarizə aparır. Belə bir dövrdə beynəlxalq toplumun Əfqanıstan xalqına arxa çevirmək kimi şansı yoxdur. Bu çətin günlərdə Əfqanıstan xalqı qarşısında qardaşlıq borcumuzu yerinə yetirməyə davam edəcəyik”.

Dövlət başçısı Əfqanıstandan olan immiqrasiyanın Avropaya da təsir edəcəyini deyib:

"İŞİD-in Kabil Hava Limanında həyata keçirdiyi hücumlardan göründüyü kimi, terror təhlükəsi hələ də davam edir. Məlumdur ki, Əfqanıstanda baş verənlər immiqrasiya riskini artırır. 3,6 milyonu Suriyadan olan 5 milyon qaçqına ev sahibliyi edən ölkəmiz Əfqanıstandan qaynaqlanan yeni bir köç yükünü daşıya bilməz. Türkiyənin cənub və şərq sərhədlərindən məruz qalacağı immiqrasiya təzyiqindən Avropa ölkələrinin də təsirlənməsi qaçılmazdır”.

Digər xəbərlər
08:54 Necə edək ki xərçəngə tutulmayaq - Önəmli həkim məsləhəti
08:44 İş və istirahət günlərinin yerləri dəyişdirildi
08:41 “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir?
08:33 Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı
08:28 18-ci əsrdə tüğyan edən xəstəlik bu ölkəni CƏNGİNƏ ALDI
08:25 Tibbdə İNQİLAB - Virusları tutmaq mümkün oldu
08:22 Gündüz yuxusu olduqca FAYDALI İMİŞ - "Amma 30 dəqiqədən çox yatsanız..."
19:48 İnfarktı əngəlləməyin sadə yolu....