hemle

“The Sun” Mahir Emrelini manşetə çıxardı

Tarix:1-10-2021, 22:08
Baxış Sayı:250

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” dünən İngiltərə “Lester”inə qalib gəlib. Oyunun tək qolunu isə Mahir Emreli vurub.

Mahirin oyundan sonra müsahibə verərkən geyindiyi köynək diqqət çəkib.

Köynəyin üzərində matçın yekunu olan 1:0 nəticəsi əks olunub.

Dünyaca məşhur “The Sun” nəşri də bu hadisəyə biganə qalmayıb və Mahiri öz manşetlərinə daşıyıb.

Xəbərdə Varşava “Legiya”sının oyunun nəticəsini göstərən köynəyi satışa çıxarmasından bəhs olunur.

Nəşr “Legiya”nın rəsmi hesabında Mahirin şəkli ilə paylaşılan “Belə oyunlar əsla unudulmaz” qeydini də xatırladıb. Bildirilib ki, azarkeşlər köynəkləri onlayn əldə etməklə, o anları əbədi xatırlayacaqlar.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı