Əfqanıstanda yeni hakimiyyət quran "Taliban" radikalçıları əhali üçün yeni qayda tətbiq edib.
hemlemedia.az "The Associated Press"ə istinadən xəbər verir ki, "Taliban"ın yaradıcılarından olan Molla Noruddin Turabi oğrular üçün "əl kəsmək" cəzasının yenidən tətbiq ediləcəyini deyib.
"Heç kim bizim qanunlara cavabdeh ola bilməz. İslam dininə riayət edəcəyik və qərarlarımızı Quran kitabına görə tətbiq edəcəyik", - deyə Turabi bildirib.
O, həmçinin "Taliban"ın ilk zamanlarından fərqli olaraq, bu cəza üsulunun stadionlarda baş tutmayacağını qeyd edib.