hemle

Mehdiabad qəbiristanlığında ölülərə hörmətsizliyi kim edir? - VİDEO

Tarix:1-09-2021, 12:00
Baxış Sayı:273

Mehdiabad qəbiristanlığı baxımsız vəziyyətə düşüb.

Baku TV xəbər verir ki, gənc oğlunun və həyat yoldaşının məzarı burada yerləşən şikayətçi Gülzar Rzayeva və oğlu Ruslan Bayramov ərazidə zibillərin günü-gündən çoxalmasından təngə gəldiklərini deyirlər.

Bildiriblər ki, 2012-ci ildə Mehdiabad qəbiristanlığı bu formada yox, yaşıllıq, gül-çiçək içində olub.

Yaxın ərazidə fərdi evlər tikildikcə, insanların sayı çoxaldıqca, məzarlıq, sözün əsl mənasında, zibilliyə çevrilib.

Onlar 9 il ərzində bir neçə dəfə şəxsi hesablarına ərazini çirkabdan təmizlətdiklərini vurğulayıblar.

Ərazidə yaşayan sakinlər də üfunət iyindən təngə gəldiklərini, zibilliyin evlərinə yaxın ərazidə açıq şəkildə olduğundan uşaqlarının və özlərinin yoluxucu xəstəliklərlə birbaşa kontaktda olduqlarını deyiblər.

Şikayətçilərin sözlərinə görə, dəfələrlə bələdiyyəyə müraciət etsələr də, şikayətlərini ciddiyə alan olmayıb.

Mehdiabad bələdiyyəsində qəbiristanlıqlara nəzarətçi vəzifəsini icra edən İlqar Hüseynovun dediyinə görə, ərazidə yaşayan sakinlər zibilləri gecə saatlarında gətirib atırlar.

Məsələ ilə bağlı Mehdiabad bələdiyyəsinin sədri Vüqar Hüseynov bildirib ki, sözügedən ərazidə hazırda zibil yoxdur.

Qəbiristanlığın ərazisi artıq zibillikdən təmizlənib. Belə çıxır ki, hər hansı bir məsələ öz həllini tapması üçün mütləq mediada işıqlandırılmalıdır. Hər bir halda insanlar öz vəzifə səlahiyyətlərini dərk etsələr, nəticə də gözəl olar.

Ətraflı süjeti təqdim edirik:

Digər xəbərlər
15:47 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
15:43 Bakıda tikiləcək 10 yeni metro stansiyasının DƏQİQ YERLƏRİ müəyyənləşdirilib
15:39 Vətəndaşların NƏZƏRİNƏ - Sabah Bakıda 27 marşrutun hərəkət istiqaməti dəyişdiriləcək
15:33 Trampın gizli planları üzə çıxdı - Məqsədi nədir?
15:31 Metroda işıqlar söndü: qatarlar gecikir - RƏSMİ
10:44 Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL
10:36 DİN-dən əhaliyə xəbərdarlıq
10:32 Yağıntılı və küləkli hava şəraiti bu tarixədək davam edəcək