hemle

Atası həbsdə olan rəis Səbaildəki vəzifəsindən azad edildi

Tarix:31-08-2021, 18:22
Baxış Sayı:268

Hazırda həbsdə olan “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradovun oğlu, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov vəzifəsindən azad olunub.

hemlemedia.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Cavid Muradov vəzifəsindən çıxarılaraq Bakının Sabunçu rayonuna polis rəisi təyin edilib.

Vidadi Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ 3 milyon 572 min 427 manatdır.

Atası həbsdə olan rəis Səbaildəki vəzifəsindən azad edildi

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ