hemle

Yeni tədris ili başlayır - MƏKTƏBLƏRDƏ YENİ QAYDALAR NECƏ OLACAQ? - VİDEO

Tarix:27-08-2021, 08:07
Baxış Sayı:265

Yeni tədris ili yaxınlaşdıqca pandemiya dövründə təhsil müəssisələrində tətbiq ediləcək qaydalar daha çox müzakirə mövzusuna çevrilir. Tədris prosesinə cəlb olunan müəllimlərin vaksinasiyası vacib şərtdir. Pasportu olan şəxslər isə rahat tədrisə cəlb olunacaqlar. Çünki onlar digər şəxslərə risk yaratmayacaqlar. Respublika üzrə təhsil işçilərinin 220 min nəfərindən 140 minə yaxınına koronavirus əleyhinə peyvəndin hər iki dozası vurulub. 35 minə yaxın təhsil işçisi, əks göstərişlə bağlı arayış təqdim edib.

hemlemedia.az "xezerxeber.az"-a istinadən xəbər verir ki, valideynlər də ənənəvi tədrisinin başlamasını səbrsizliklə gözləyir. Digər tərəfdən isə infeksiyasının sürətlə artması onları narahat edir.

Buna görə də müəllimlərin vaksinasinasiya olunmağının daha çox tərəfdarıdırlar.

Bir sözlə, həmişə təhsilin yükünü çiynində daşıyan müəllimlərin üzərinə indi də daha bir məsuliyyət əlavə olunub. İndi onlar uşaqların gələcəyi naminə mütləqdir ki, vaksinasiyadan keçsinlər. Əks təqdirdə epdimioloji vəziyyət ağırlaşarsa ənənəvi tədrisin bərpası da sual altına düşə bilər.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR