hemle

Nazirlik o nəticələri də elan etdi

Tarix:24-08-2021, 18:33
Baxış Sayı:298

Avqustun 23-də keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, biologiya, ingilis dili, rus dili və musiqi fənləri üzrə keçirilən müsahibələrdə 484 nəfər namizəd uğur qazanıb.

Müsahibələrdə uğur qazanan namizədlər zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), dörd ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Sənədlərin təqdim olunması üçün son tarix 27 avqust saat 18:00-dır.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Qeyd edək ki, çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Digər xəbərlər
22:16 Bu tarixdən məktəblərdə yaz tətili başlayır
22:12 Siyasi partiya nümayəndələri Laçına səfər etdilər
21:45 Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydalar dəyişdi
21:40 İnsan bədənində yeni xərçəng "PROVOKATOR"U TAPILDI
17:04 "ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır
17:01 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
16:55 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
16:51 Sabah 21° isti olacaq