Kabil hava limanında əfqan ailələrindən biri tərəfindən ABŞ əsgərlərinə verildiyi an görüntüləri çəkilən azyaşlı uşağın aqibəti bəlli olub.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin sözcüsü Con Kirbi açıqlama verib.
O qeyd edib ki, əfqan ailə tərəfindən ABŞ əsgərlərinə verilən körpə xəstə olub. O, müalicə edildikdən sonra ailəsinə geri verilib.
Qeyd edək ki, sözügedən hadisə sosial şəbəkədə gündəm olmuşdu.