hemle

Niyaz Niftiyev məhkəmə zalından azadlığa buraxıldı

Tarix:17-08-2021, 17:11
Baxış Sayı:240

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyevin, onun müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

hemlemedia.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Niyaz Niftiyev və Sahib Abışov barəsində 2 il 6 ay müddətinə sınaq müddəti seçilməklə şərti cəza verilməsini, Mətanət Nəsibovaya isə 2 il müddətinə sınaq müddəti seçilməklə şərti cəza verilməsini istəyib.

Prokuror, həmçinin Niyaz Niftiyevin məhkəmə zalından azadlığa buraxılmasını xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Niyaz Niftiyev 8 ay 1 gün azadlıqdan məhrum edilib. Həmin cəza şərti hesab edilib və barəsində iki il sınaq müddəti seçilib.

Digər təqsirləndirilən şəxslərə də şərti cəza verilib. Həbsdə olan N. Niftiyev məhkəmə zalından azadlığa buraxılıb.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ