hemle

Ombudsman Aparatından Ermənistanın təxribatları ilə bağlı AÇIQLAMA

Tarix:14-08-2021, 16:12
Baxış Sayı:255

Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb.

Unikal.org-un məlumatına görə, açıqlamada bildirilir ki, Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zidd olan təxribatçı əməlləri nəticəsində Ermənistan-Azərbaycan dövlət sərhədində artıq bir müddətdir ki, müşahidə olunan gərginlik hələ də davam edir:

“Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat xarakterli əməllərini davam etdirərək avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Ermənistanı Azərbaycanın mülki əhalisinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş bu kimi təxribatçı əməllərdən çəkinməyə, ölkəmizin ərazi bütüvlüyünü tanımaq və ona hörmət bəsləməklə regonun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən yekun sülh müqaviləsinin bağlanmasına, tərəflər arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əməl edərək kommunikasiya xətlərinin açılmasına şərait yaratmağa çağırırıq”.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq