"Azərbaycandakı qardaşlarımızın Qarabağ müharibəsi dövründə qəhrəman Azərbaycan əsgərinə, ordusuna necə kömək etdiyinin şahidi oldum. Azərbaycandakı qardaşlarımızla fəxr edirəm. Biz “Bir millət, iki dövlət”ik və xüsusiyyətlərimiz də birdir".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Yanğın zamanında olduğu kimi, həmişə yanımızda olan qardaş Azərbaycana, cənab Prezident İlham Əliyevə, nazirlərinə və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Əvvəlcə qardaşım Ceyhun mənimlə əlaqə saxladı. Daha sonra fövqəladə hallar naziri Kəmələddin Heydərov mənə zəng etdi və cənab Prezidentin tapşırığı ilə əlaqə saxladığını bildirdi. O, Türkiyəyə yardım göndərmək istədiyini söylədi. Həmin vaxt həyat yoldaşım və meşəçilik naziri yanımda idi. Biz də təşəkkürümüzü bildirdik. Telefon zəngindən sonra Azərbaycandan 100-dən çox yanğınsöndürən göndərildi. Bu çətin günlərdə qardaşlarımızın bizi düşünməsindən məmnun qaldıq. Bir daha təşəkkürümüzü bildiririk” - XİN başçısı deyib.