hemle

Türkiyənin Ukraynadakı səfiri buna görə XİN-ə ÇAĞIRILDI

Tarix:30-07-2021, 18:06
Baxış Sayı:277

Türkiyənin Ukraynadakı səfiri XİN-ə çağırılıb.

hemlemedia.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, rəsmi Kiyev 50 "Bayraqdar”ların alınması ilə bağlı Türkiyə ilə imzalanmış müqavilənin icrasının ləngiməsinə etiraz edib.

Pilotsuz aparatlar hələ iyulun əvvəllərində Ukraynaya satılmalı olsa da, Antalya və ətraf bölgələrdə başlayan yanğınlar müqavilənin icrasına mane olub.

"İndi uyğun vaxt deyil. Pilotsuz aparatlar Türkiyəyə yanğınları söndürmək üçün lazımdır. Təəssüf ki, biz alovda Ukraynaya çatdırılması nəzərdə tutulan 50-dən çox uçuşsuz aparat itirdik. Onların bir qismi də Suriyadakı yanğınların söndürülməsinə cəlb olunub. Qarşıya qoyduğumuz bütün hədəflərə çatdıqdan sonra bütün uçuş aparatları Kiyevdə olacaq. Biz müqavilə barədə məlumatlıyıq və mütləq bunu icra edəcəyik", - deyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

Bildirilib ki, "Bayraqdar"ların tətbiqi o qədər uğurlu alınıb ki, ölkənin arsenalındakı bütün pilotsuz aparatlar yanğınsöndürmə işlərinə cəlb olunub.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ